Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş seminar keçirilib

Aprelin 13-də məktəbin ingilis dili müəllimi Günay Camalovanın rəhbərliyi ilə 5 "B" sinfində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş seminar keçirilib.İngilis dilində keçirilən seminarda Nizami Gəncəvinin anadan olmasının 880 illiyində ölkə başçısının sərəncamı ilə Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsinin Nizami dühasına verilən böyük qiymətin və dahi şairə ehtiramın təcəssümü olduğu bildirilmişdir.
Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olduğu və şairin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutduğu vurğulanmışıdr.Günay müəllim Nizami irsinin öyrədilməsinin vacibliyini vurğulayıb, şairin poeziyasının bütün zamanlarda aktuallığını itirməyəcəyini, daim oxucu marağını cəlb edəcəyini bildirib.Şagirdlər Nizami yaradıcılığına həsr etdikləri rəsm nümunələrini nümayiş etdirərək, çəkdikləri rəsmlər haqqında ingilis dilində geniş məlumat vermişdir.