Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş sinif təşkilat saatı keçirilib

Aprelin 20-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zərifə Abbasovanın rəhbərliyi ilə 7 "Ə" sinfində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş sinif təşkilat saatı keçirilib. Məktəbin direktoru Elnur Hüseynovun da iştirak etdiyi təşkilat saatında şagirdlərə Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilmişdir. Şagirdlər Nizami Gəncəvinin hikmətli sözlərindən nümunələr söyləmişdir.Bununla yanaşı dahi şairin həyat və yaradıcılığını özündə əks etdirən videoçarxlar nümayiş olunmuşdur.