Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Aprelin 27-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Könül Əliyevanın rəhbərliyi ilə 6 "A" sinfində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə məktəbin təlim-təbiyə işləri üzrə direktor müavini Əbülfət Əkbərov, tərbiyə işləri üzrə direktor müavini Yaqut Kərimli və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent, Nizamişunas Əzizağa Nəcəfzadə iştirak etmişdir.Tədbirdə Nizami Gəncəvinin həyatından bəhs edən "Nizami filmi" nümayiş olunmuş, "Kərpickəsən kişinin dastanı" , "Yaralı uşağın dastanı" səhnələşdirilmişdir.Ədəbiyyatımızda ilk romantik epik janrın əsası sayılan "İsgəndərnamə" əsərindən görüntülər paylaşılmışdır. Sonda Üzeyir Hacıbəyovun "Sənsiz" romansı Müslüm Maqomayevin ifasında səsləndirilmişdir.Tədbirin qonağı Əzizağa Nəcəfzadə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olduğunu qeyd etmişdir.Bildirmişdir ki, nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.Tədbirdə məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın üzvlərinin tanınmış elm və təhsil adamları ilə görüşünün təmin edilməsi məqsədi ilə üzvlərin fəallığı təmin olunmuşdur.AMEA ilə əməkdaşlıq tədbirləri görülmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi