"Yeniyətməlik dövründə psixoloji böhran" mövzusunda videokonfrans təşkil olunub

Aprelin 7-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut Kərimlinin təşkilatçlılğı-moderatorluğu, məktəbin psixoloqu Aysel Novruzovanın rəhbərliyi ilə "Yeniyətməlik dövründə psixoloji böhran" mövzusunda videokonfrans təşkil olunub.Videokonfransda yeniyetməlik dövrünün xüsusiyyətlərindən, ünsiyyət tələbatından, yeniyetməlik dövründə baş verən dəyişikliklərdən, intiharın profilaktikasından bəhs olunub.Valideynləri narahat edən məsələlər müzakirə olunub. Valideynlə övlad arasında bu yaş dövründə hər hansı bir konfliktin baş verməməsi üçün aşağıdakı məsləhətlərdən yararlanmaq tövsiyə olunmuşdur:

* Övladlarınızı birbaşa tənqid etməyin.

* Onların maraq aləminə daxil olun.

* Fikirlərini sizinlə paylaşmasına çalışın.

* Övladlarınızın dostu olmağı bacarın.

* Yeniyetmə oğul və ya qızınıza həssaslıqla yanaşın.

* Onları yaşıdları ilə müqayisə etməyin.

* Övladlarınızın fikirlərinə önəm verin.

* Onları qıcıqlandıra biləcək məsələlərə toxunmayın.

* Uşaqlarınıza yaş dövrü haqqında informasiya verməyə çalışın.

* Sevdikləri şeylərə qarşı birbaşa tənqid yağdırmayın.

* Övladlarınızı olduğu kimi qəbul edin. (c)

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi