“ Aprel şəhidləri unudulmur” adlı tədbir keçirilib

Aprelin 2- də məktəbin ingilis dili müəllimi Günay Camalovanın rəhbərliyi ilə sinif rəhbəri olduğu 5 "B" sinfində 2016-cı il aprel döyüşlərində şəhid olan əsgərlərimizin anılması, ordumuzun qüdrətinin təbliği məqsədilə "Aprel şəhidləri unudulmur” adlı tədbir keçirilib.

Tədbir döyüşdə şəhid olan Milli Qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub.Daha sonra Günay müəllim çıxış edərək Aprel döyüşlərinin Azərbaycanın şanlı tarixi qələbəsi olduğunu, ordumuzu qələbəyə ilhamlandıran, öz gücünə inamını artıran döyüşlərdən olduğu qeyd edib.

Şagirdlər igid əsgərlərimizin geri qaytardığı Cəbrayıl rayonu ərazisində yerləşən "Lələtəpə" yüksəkliyi haqqında çıxışlar edib, vətənə, şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.Sonda Aprel döyüşlərinə həsr olunmuş videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi