31 mart soyqırımı ilə bağlı anım tədbiri keçirilib

Martın 31- də məktəbin ibtidai sinif müəllimi Nəzakət Cəfərovanın rəhbərliyi ilə 1 "E" sinfində 31 mart soyqırımı ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə şagirdlər müxtəlif şeirlər söyləmiş, soyqırıma həsr olunmuş videotəqdimat nümayiş olunmuşdur. Tarixi faktlar şagirdlərin diqqətinə çatdırılmışdır.Bununla yanaşı Nəzakət müəllim soyqırım siyasəti haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmağın, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmağın, onun ağır nəticələrinin aradan qaldırılması və bir daha belə halların təkrar olunmaması üçün milli birliyin nümayiş etdirilməsinin vacibliyindən danışıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi