Suraxanı məktəbliləri Bakıxanovun 222-ci ildönümünü qeyd etdi.

   Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Suraxanı rayonundakı 226 nömrəli məktəbdə Azərbaycan mütəfəkkiri və tərcüməçisi Abbasqulu ağa Bakıxanovun anadan olmasının 222-ci ildönümü ilə əlaqədar “Böyük maarifçi Bakıxanov” mövzusunda tədbir keçirib.Tədbirdə 226 nömrəli məktəbin direktoru Qardaşxan Səlimov, 114 nömrəli məktəbin direktoru Ceyran Novruzova, Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova, baş məsləhətçi Ramilə Qurbanlı, Suraxanı rayonu üzrə nümayəndəsi Elmira İsmayılova, KİV nümayəndəsi, Suraxanı məktəbliləri və müəllimləri iştirak ediblər. Fondun nümayəndəsi, Suraxanı rayon 275 nömrəli tam orta məktəbin direktoru E.İsmayılova tədbiri açıq elan edərək Bilik Fondunun iki il ərzində həyata keçirdiyi maarifləndirici layihələr və bu sahədə məktəblilərin gördüyü işlər barədə geniş danışıb. Həmçinin Bakıxanovun maarifçilik fəaliyyətindən bəhs edən X.Hüseynova böyük mütəfəkkirin yaradıcılığına həsr olunmuş inşa müsabiqəsində iştirak edən bütün məktəblilərə təşəkkürünü bildirib, qaliblərə Bilik Fondunun diplomlarını təqdim edib. Qaliblər arasında məktəbin 7-ci sinif şagirdi Şükürova Ləman da diplomla mükafatlandırıldı. Sonra məktəblilər Bakıxanovun doğulduğu Əmircan qəsəbəsindəki heykəli önünə çiçək dəstələri düzüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi