"O SƏS 275" adlı mahnı müsabiqəsi keçirildi.

275 nömrəli məktəbdə şagirdlərin dərsdənkənar bacarıqlarının üzə çıxarılması,onlar üçün həvəsləndirici tədbirlərin görülməsi mütamadi olaraq keçirilir. Bugün də 7-9-cu siniflər arasında "O SƏS 275" adlı mahnı müsabiqəsi keçirildi. Müsabiqədə müxtəlif mahnı janrlarına müraciət olunmuşdu. Şagirdlər bununla özlərinin həm səs,həm də səhnə qabiliyyətlərini nümayiş etdirdilər.Sonda münsiflər tərəfindən qaliblər elan olundu.