“Azərbaycan beynəlxalq aləmdə” mövzusunda seminar keçirib

Martın 16-da məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut Ağayevanın rəhbərliyi ilə 7 "B" sinfində “Azərbaycan beynəlxalq aləmdə” mövzusunda seminar keçirib.Seminarda ölkəmizin nüfuzunun getdikcə artması və regionda lider dövlətə çevrilməsindən danışılıb. Seminar çərçivəsində vurğulanıb ki, sürətli sosial-iqtisadi inkişafı ilə getdikcə regionun iqtisadi, mədəni, o cümlədən elmi-intellektual mərkəzinə çevrilən Azərbaycan artıq müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edir, sivil dünyanın nüfuzlu elmi, mədəni, siyasi elitasını Bakıda bir araya gətirir.

Hazırda Azərbaycan iqtisadiyyatının dünyanı bürüyən böhran illərində də durmadan inkişaf etdiyi qeyd edilib.Bununla yanaşı regional inkişaf proqramının uğurla icrasından da danışılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi