“Yeniyetməlik dövrünün psixologiyası” mövzusunda seminar keçirilib

Martın 11-də məktəbin psixoloqu Aysel Novruzova tərəfindən 7 "B" sinfində “Yeniyetməlik dövrünün psixologiyası” mövzusunda seminar keçirilib.Şagirdləri mütəmadi müşahidə altında tutmaqla psixologiyalarındakı dəyişikliyi vaxtında təyin etməyə çalışan məktəb psixoloqu seminar çərçivəsində şagirdlərin yeniyetməlik dövründə yaşaya biləcəyi psixoloji narahatlıqlar, stress və bunlarla başa çıxma mexanizmləri haqqında məlumat verib.