“Narkomaniya -bəşəriyyətin bəlası” adlı maarifləndirici sərgi nümayiş olunub

Martın 1-dən 5-dək məktəbdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə həsr olunmuş sərgi təşkil olunub.
Şagirdlər çəkdikləri rəsmlərdə və hazırladıqları divar qəzetlərində narkotik maddələrin insan sağlamlığına vurduğu zərərdən, ağ ölümün faciəvi nəticələrindən bəhs ediblər.Sərginin əsas mahiyyəti şagirdlərin maarifləndirilməsi və bu bəlanın mahiyyətinin dərk olunması olub .