Suraxanı rayonunda Atəşgah məbədi qarşısında Novruz bayramı şənliyi keçirildi

   İnsanları baharın gəlişi, təbiətin oyanışı, həyatın canlanması ilə müjdələyən Novruz bayramı münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Atəşgah məbədi Tarix-Memarlıq Qoruğunun qarşısındakı meydanda ümumrayon şənliyi keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov mərasimdə çıxış edərək demişdir ki, Novruz Azərbaycan xalqının ən qədim el bayramı, milli birliyimizin təcəssümüdür. Bu bayram insanlarda ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa məhəbbət hissi oyadır. Xalqımız Novruz bayramını qeyd etməklə, həm də öz tarixi keçmişinə, milli dəyərlərinə bağlılığını nümayiş etdirir. Tədbirdə həmçinin 275 nömrəli məktəbin müəllim kollektivi də iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi