Beynəlxalq Muzeylər Günündə şagirdlərin muzeylərə ekskursiyası təşkil olundu.

Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Ölkəmizdə keçirilən muzeylərə “Açıq qapı” günü Azərbaycanın milli-mədəni irsi ilə tanışlığına və cəmiyyətin mədəni maarifləndirilməsində muzeylərin rolunun dəstəklənməsinə yönəlib. Məktəbin şagirdləri şəhərimizdəki muzeylərin təqdim etdiyi sərgi və ekspozisiyalara tamaşa etmək imkanını qazandılar.