"Qan yaddaşımız Xocalı" adlı tədbir keçirilib

Fevralın 26- da məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Natiqə Şirəliyevanın rəhbərliyi və məktəbin UBR- i Xədicə İsayevanın təşkilatçılığı ilə 5 "A" sinfində Xocalı faciəsinə həsr olunmuş " Qan yaddaşımız Xocalı" adlı distant formada tədbir keçirilib.Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə şagirdlər Xocalıya həsr olunmuş şeirlər söyləyib, təqdimatlarla çıxış edib.Tədbirdə şagirdlərin ifasında soyqırıma həsr olunmuş bədii kompozisiya səsləndirilib, ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror hadisələrinə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən məktəbin direktoru Elnur Hüseynov Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınmasında dövlətimizin apardığı uğurlu siyasətdən danışıb, dünya miqyasında soyqırıma verilən hüquqi-siyasi qiymət haqqında məlumat verib.Məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut Ağayeva Xocalı soyqırımının Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasətinin bir parçası olduğunu qeyd edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi