“Ana dilimizi sevək, qoruyaq” adlı onlayn tədbir keçirilib

Fevralın 19-da məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zərifə Abbasovanın rəhbərliyi ilə 7 "Ə" sinfində “Ana dilimizi sevək, qoruyaq” adlı onlayn tədbir keçirilib.

Tədbirdə tarixin müxtəlif mərhələlərində ona qarşı olan haqsızlıqlara, təzyiq və təhriflərə baxmayaraq dilimizin öz saflığını qoruyub saxlamasından danışılıb.Zərifə müəllim bildirmişdir ki, inkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, böyük gələcəyə malikdir. Ona görə də ulu babalardan xalqımıza miras qalmış bu qiymətli milli sərvəti hər bir azərbaycanlı daim göz bəbəyi kimi qorumalıdır.

Tədbir əsnansında şagirdlər ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalar səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi