Şəhid Ələkbər Eyvazovun doğum günü qeyd olunub

Fevralın 1-də hər il olduğu kimi bu il də şəhidin doğum günü qeyd edilib.Məktəbin adını daşıyan şəhid Eyvazov Ələkbər Almaxan oğlu 1973-cü il fevralın 2-də anadan olub.
Məktəbin ibtidai sinif müəllimi Yavər Qəhrəmanovanın rəhbərliyi ilə 1 "A" sinfində şəhidin doğum günü münasibətilə pandemiya qaydalarını gözləmək şərtilə "Unutsaq unudularıq" adlı təqdimat-dərs təşkil edilmişdir.
Şəhid haqqında videoçarx izlənilmiş, məlumat xarakterli təqdimatlar edilmişdir.Şəhidin anası Əminə xanımın təəssüratları dinlənilmişdir.Sonda şəhidin büstü önünə tər qərənfillər düzülmüş, şəhidin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.