"Xalqın arzusunu gerçəkləşdirən lider" adlı videomühazirə təşkil olunub

Dekabrın 24- də məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut Ağayevanın rəhbərliyi ilə 6"B" sinfində "Xalqın arzusunu gerçəkləşdirən lider" adlı, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan dövlətini şanlı qələbəyə aparan daxili və xarici siyasətinə həsr olunmuş videomühazirə təşkil olunub.Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil və çevik xarici siyasətin həyata keçirilməsində Prezident İlham Əliyevin qonşu və digər dövlətlərin başçıları ilə görüşləri, yüksək səviyyəli dialoqu və müzakirələrinin müstəsna əhəmiyyətə malik olduğu vurğulanıb.Azərbaycan ordusunun tarixi qələbəsində Ali Baş Komandanın ölçülüb-biçilmiş siyasətinin rolundan danışılıb.Prezident İlham Əliyevin siyasi liderliklə yanaşı zəfər çalmış hərbi lider obrazını da özündə birləşdirdiyi bildirilib.Prezidentin 18 sentyabr 2006-ci ildə keçirilən Antalyada Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında qətiyyətlə dediyi, “Azərbaycan torpaqları danışıqların mövzusu ola bilməz” fikri onun Dağlıq Qarabağ məsələsində nə qədər prinsipial, güzəştsiz olduğunun göstəricisi olduğu, bu prinsipiallığı onun yalnız Ermənistana, hörümçək toru kimi dünyaya yayılmış erməni lobbisinə qarşı yox, həm də beynəlxalq ikili standartlara, düşmənə himayədarlıq edən supergüclərə, dövlətlərə qarşı qətiyyətli mübarizəsi olduğu diqqətə çatdırılıb.