"Qarabağın coğrafiyası, flora və faunası" mövzusunda təqdimat dərs keçilib

"Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" əmrinin fəaliyyət planına əsasən məktəbin coğrafiya fənn MB rəhbəri Natavan Heydərovanın rəhbərliyi ilə 6 "A" sinfində "Qarabağın coğrafiyası, flora və faunası" mövzusunda təqdimat dərs keçilib. Qarabağ və ona bitişik ərazilərdə ölkəmizin milli və mədəni sərvəti olan meşələr, qoruqlar, qiymətli endemik bitki növləri haqqında məlumat verilib.Zəngin təbiəti, flora və faunası ilə fəqlənən Qarabağ və ətraf rayonların ərazisində 5307 növ fauna nümayəndələrinin olduğu və bunun ümumi faunanın 20,7%-ni təşkil etdiyi vurğulanıb.Erməni təcavüzünün minlərlə insan həyatına və arzularına son qoymaqla bərabər, gözəl təbiət incilərini də məhv edərək, bununla yalnız vətənimizə yox, həm də bütün dünyaya əvəzi ödənilə bilməyən zərər vurduğu diqqətə çatdırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi