"Şuşa- Qarabağın incisi" adlı təqdimat dərs keçilib

Təhsil Nazirliyinin F-512 nömrəli əmrinə müvafiq olaraq dekabrın 18-də məktəbin tarix müəllimi Tərlan Mahmudovanın rəhbərliyi ilə 6 "B" sinfində Qarabağın mirvarisi, incisi Şuşa şəhərinin tanınmış şəxsiyyətləri, tarixi abidələri barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə təqdimat dərs keçilmişdir. Dərsdə şagirdlər Qarabağ elinin tarixi personajları kimi çıxış ediblər.Şuşanın Azərbaycan tarixində xüsusi yeri olması, Şuşanın nəinki Azərbaycanın, bütün Qafqazın incisi olması vurğulanıb. Mənfur düşmən Şuşanı işğal altında saxlamağa hər vəchlə çalışsa da, rəşadətli Azərbaycan ordusunun tarixi ədaləti bərpa etdiyi diqqətə çatdırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi