"Azərbaycan ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə" mövzusunda təqdimat dərs keçilib

Dekabrın 16- də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zərifə Abbasovanın rəhbərliyi ilə 7 "Ə" sinfində "Azərbaycan ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə" mövzusunda təqdimat dərs keçilib.Məktəbin direktoru Elnur Hüseynov və təlim- tərbiyə işləri üzrə direktor müavini Əbülfət Əkbərovun da iştirak etdiyi dərsdə, 44 günlük müharibənin nəticəsi, Azərbaycanın şanlı ordusunun dövlətin əsas atributlarından biri, müstəqilliyimizin və təhlükəsizliyimizin polad sipəri, xalqımızın yenilməz dayağı olduğu bildirilib. Vahid bayraq altnda birləşən şanlı Azərbaycan Ordusununun əldə etdiyi bugünkü uğurun səbəbi bütün sahələrdə, eləcə də suverenliyimizin qarantı olan ordumuzun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırması yolunda səylərini əsirgəməyən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev olması diqqətə çatdırılmışdır. Ali Baş Komandanımızın diqqət və qayğısının, tələb və tövsiyələrinin, seçilmiş düzgün strategiyasının nəticəsi kimi ordumuzun dünya hərb tarixində öz gücünü bir daha göstərdiyi vurğulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi