Videomühazirələr təşkil olunur

Təhsil Nazirliyinin F-512 nömrəli əmrini əsas tutaraq dekabrın 18- də məktəbin fiziki tərbiyə müəllimi İlkin Tahirovun rəhbərliyi ilə 8 "C" sinfində " Vətəndaşlıq mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin əhəmiyyətinin təbliği" mövzusunda videomühazirə təşkil olunub. Videomühazirənin məqsədi şagirdlərdə mənəvi və fiziki sağlamlığın formalaşması, sağlam həyat tərzinin təbliği və təşviqi olub.İlkin müəllim bildirib ki, şagirdlərdə fiziki inkişaf səviyyəsi əhalinin sosial sağlamlığının əsas göstəricisidir. İnsanların həm fiziki , həm də mənəvi sağlamlığı cəmiyyətin ən böyük sərvətidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi