Qarabağ qazisi ziyarət edildi

Bu günlərdə məktəb rəhbərliyinin iştirakı ilə məktəbin məzunu, Qarabağ qazisi İlkin Şəbizadə dayısının mənzilində ziyarət edilib.Görüşdə məktəbin direktoru Elnur Hüseynov, təlim- tərbiyə işləri üzrə direktor müavini Əbülfət Əkbərov və məktəbin müəllimi Zeynəb Kərimova iştirak etmişdir. Məktəb kollektivinin adından edilən ziyarətin məqsədi qazimizin hal-hazırki vəziyyəti, reablitasiya prosesi ilə maraqlanmaq olub. Görüş əsnasında şagirdlərin və pedaqoji heyətin xoş arzuları, ürək sözləri Qarabağ qazisi İlkin Şəbizadəyə çatdırılmışdır. Bununla yanaşı ötən həftə məktəbin bir qrup müəllimi də qazimizi ziyarət edib.