Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi qeyd edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqımızın igid oğlu Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq dekabrın 1- də məktəbin tarix müəllimi Gülnarə Əliyevanın rəhbərliyi ilə onlayn tədbir hazırlanıb. Bildirilib ki, Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçib.Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılovun Azərbaycanın ilk Milli qəhrəmanlarından olması diqqətə çatdırılıb.Şagirdlər tərəfindən Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yolunu özündə əks etdirən təqdimatlar nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi