"Şagirdlərin yaradıcılıq qabiliyyətini inkişaf etdirməklə yol hərəkəti qaydalarının təbliği” mövzusunda təqdimatlar hazırlanıb

"Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019- 2023- cü illər üçün Dövlət Proqramı" nın həyata keçirilməsi məqsədilə məktəbin 1 "B" sinif şagirdləri, sinif rəhbəri Mədinə Məmmədovanın rəhbərliyi ilə yol hərəkəti təhlükəsizliyinin təbliğinə dair müxtəlif maarifləndirici təqdimatlar hazırlayıblar. Şagirdlər yol hərəkəti qaydalarını öyrənməklə yanaşı, yaradıcılıq potensiallarını da üzə çıxarıblar.