"Qarabağ Azərbaycandır" adlı intellektual müsabiqənin məktəb mərhələsi keçirilib

Dekabrın 11-də "Qarabağ Azərbaycandır" adlı intellektual müsabiqənin məktəb mərhələsi keçirilib.Distant formada təşkil olunan məktəbdaxili mərhələ şifahi sual-cavab əsasında təşkil olunub.Məktəb rəhbərliyinin, tarix fənn MB rəhbəri Aynurə Məmmədovanın və tarix müəllimi Tərlan Mahmudovanın iştirakı ilə keçirilən müsabiqənin məktəbdaxili mərhələsinin qalibi, məktəbin 10 "E" sinif şagirdi Fidan Bəndiyeva olub.