Suraxanı rayonunda Ulu Öndərin anadan olmasının 93 illiyi münasibəti ilə ağacəkmə aksiyası keçirilib.

Suraxanı rayonunda 10 may Ulu Öndər H.Əliyevin anadan olmasının 93 illiyi münasibəti ilə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Zığ qəsəbəsində "Zığ şossesi" küçəsinin ətrafında ağacəkmə aksiyası keçirilmişdir. 3500 nəfərin iştirak etdiyi iməcilikdə 12 kilometr uzunluğunda yolun kənarlarında təmizlik işləri aparılıb, əkilmiş ağacların dibləri yumşaldılıb, 500-dən artıq kiparis ağacı əkilib. 400 nəfərin iştirak etdiyi növbəti ağacəkmə aksiyasında həmçinin yolun kənarlarında müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüşdür. Məktəb rəhbərliyi və bütün kollektiv böyük həvəslə iştirak etdilər.