Məktəbimizin şagirdi “Gələcəyin mühəndisi -1” onlayn olimpiadasının qalibi oldu

Azərbaycan Texniki Universitetində (AzTU) mayın 31-də keçirilən “Gələcəyin mühəndisi -1” onlayn olimpiadasının qaliblərinin adı açıqlanıb.
Olimpiadada Bakıdan və Azərbaycanın digər bölgələrindən I ixtisas qrupu üzrə hazırlaşan 185 nəfər XI sinif şagirdi iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, birinci yerə bir, ikinci yerə iki, üçüncü yerə üç, dördüncü yerə dörd, həvəsləndirici yerə isə iki şagird layiq görülüb.
Müsabiqədə 1-ci yerə layiq görülən abituriyent məktəbimizin XI sinif şagirdi Zeynalabdinov Mikayıl oldu.
İyulun 11-də Azərbaycan Texniki Universitetinin rektoru hörmətli Vilayət Vəliev məktəbin direktoru Elnur Hüseynovu və qalib şagirdimizi qəbul edib, respublika birincisi olan Mikayıla diplom və hədiyyəsini təqdim edib.