Virtual "Son zəng" tədbiri təşkil olundu

Mövcud vəziyyətlə əlaqədar olaraq məktəbimizin məzunları üçün mayın 12-də "Son zəng" virtual şəkildə, məsafədən çalındı.Tarixdə ilk dəfə bu formada baş tutan "Son zəng" də onbirincilər son dəfə məktəbli formalarını geyinərək, məzun lenti ilə bəzədilər geyimlərini.Məktəb rəhbərliyi tərəfindən təşkil olunan görüşdə, tədbiri məktəbin direktoru Elnur Hüseynov açıq elan etdi.Məktəb rəhbəri, təhsil aldığı illər ərzində təlim və tərbiyəsi, təhsil nəaliyyətləri ilə fərqlənən şagirdləri şifahi şəkildə təbrik etdi, hər zaman nümunəvi olmağa çağırdı. Rəhbərlik, məzunların sinif rəhbərləri məzunlara xoş arzularını bildirdilər.Məktəbin istedadlı şagirdləri müxtəlif nömrələrlə çıxış etdilər. Virtual şəkildə baş tutan tədbirin sonunda "Son zəng" çalındı. Lakin həmişəkindən fərqli olaraq çalınan zəngin səsini yaşadıqları evlərindən eşitdi məzunlar. "Son zəng"i vuran şagird üçün də fərqli idi bu gün.Gözlədiyi kimi məktəb həyətindən deyil, evindən, ailəsi ilə vurdu sonuncu zəngi.
Qoy bu "Son zəng” sizin ilk müstəqil addımlarınızın və uğurlarınızın təməli olsun, əziz onbirincilər!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi