Məktəbdə iməclik keçirildi.

Bugün məktəbimizdə Ümummilli Lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş ümumməktəb iməcliyi keçirildi. İməclikdə şagirdlər böyük həvəslə iştirak etdilər. İməclik zamanı məktəbin sinif otaqlarında, həyətyanı sahəsində təmizlik və abadlıq işləri aparıldı. Şagirdlərin təbiətə, vətənə, milli dəyərlərə, dahi şəxsiyyətlərə qiymət verməsi orta məktəbdən başlayır.