Onlayn dərslər davam edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir Azərbaycan vətəndaşını düşünərək Koronavirus pandemiyası barədə vaxtında verdiyi düzgün qərarlar nəticəsində ölkəmiz xüsusi karantin rejimindədir.Bununla bağlı Təhsil Nazirliyinin təşəbbüsü ilə məsafədən tədris imkanlarını genişləndirməkdən ötrü bir sıra addımlar atılmışdır.Müəllimlərimizin çoxu onlayn dərslər, canlı bağlantılar vasitəsilə tədrisin davam etdirilməsi üçün əllərindən gələni edirlər.Şagirdlərimizin təhsildən geri qalmaması üçün müəllimlər onlar üçün onlayn sınaqlar hazırlayaraq öz biliklərini yoxlamağa kömək edirlər.Şagirdlər çətinlik çəkdikləri suallara asanlıqla cavab tapa bilirlər.Beləliklə şagirdlərimiz yaranmış müvəqqəti çətin vəziyyətdə təhsildən yayınmayaraq öz biliklərini artırmış olurlar.