275 saylı tam orta məktəbdə "Riyaziyyat gecəsi" keçirildi.

Tədbirdə şagirdlər daha çox riyaziyyata aid şeir söyləyib, mahnılar oxuyublar. Onlar riyaziyyata aid verilən suallara, tapmacalara həvəslə cavab veriblər. Tədbirdə məktəbin direktoru E.İsmayılova, KİV nümayəndəsi və tədbirin təşkilatçıları Sevinc və Gülşən müəllim çıxış edərək riyaziyyat elmindən, onun inkişafından, məşhur riyaziyyatçılardan söhbət açıblar. Azərbaycan alimlərinin bu sahəyə verdiyi töhfələri fərəhlə, fəxrlə vurğulayıblar. Onlar qeyd edib ki, riyaziyyat bütün elmlərin açarıdır. Riyaziyyat hər yerdədir. Bütün elmləri, o cümlədən riyaziyyatı da yaxşı öyrənmək lazımdır. Dərslərdə olduğu kimi, müxtəlif tədbirlərdə də fəal iştirak etmək gərəkdir.