Xocalı soyqırımına həsr edilmiş anım tədbiri keçirildi

Fevralın 25-də əsrin faciəsi olan Xocali soyqırımına həsr olunmuş anım tədbiri keçirildi.Məktəbin ibtidai sinif müəllimi Yavər Qəhrəmanovanın rəhbərliyi ilə baş tutan tədbir, Xocali faciəsinin qurbanlarının ruhunun 1 dəqiqəlik sükutla yad edilməsiylə başladı.O vəhşəti və zülmü təcəssüm edən videoçarx izlənildi.Şagirdlərin hazırladıqları kompozisiyalar dəhşətli gecəni əks etdirməklə yanaşı qan yaddaşımız olan Xocalını unutmamağa səslədi.Tədbirin sonunda "Xocalıya ədalət" və “Xocalını unutmayaq və unutdurmayaq!" şüarları səsləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi