“Ən yaxşı yazı” müsabiqəsinin qalibləri mükafatlandırıldı.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə “Azərbaycan müəllimi” qəzeti redaksiyası arasında bağlanmış birgə əməkdaşlıq haqqında müqaviləyə uyğun olaraq “Ən yaxşı yazı” müsabiqəsinin nəticələri elan edildi. Müsabiqənin şərtlərini ödəyən 100 yazı içərisindən 28 yazı müsabiqədə qalib gəlib. Müsabiqədə ölkənin 31 şəhər və rayonundan təhsil işçiləri iştirak ediblər. Qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim edilib. Həmçinin məktəbin ingilis dili müəlliməsi Günay Camalova da qaliblər sırasındadır. Mərasimdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov,“Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə və başqaları çıxış edərək qalibləri təbrik edib, müsabiqənin əhəmiyyətini vurğulayıblar.