"Müharibəsiz dünya,sağlam həyat" mövzusunda tədbir keçirildi

   Aprelin 2-dən 5 –dək Azərbaycan və Ermənistan silahlı qüvvələri arasındakı döyüş qarşıdırma zamanı Silahlı Qüvvələrimizin bölmələri tərəfindən endirilən əks həmrələrdən düşmən tərəfi çoxsaylı itgilər verdi. Düşmənin məğlubiyyətə uğradılması soydaşlarımızın ruh yüksəkliyinə səbəb olmuşdur. Təhsil ictimaiyyəti də hər zaman olduğu kimi fəal mövqe nümayiş etdirmiş, bir sıra ali və orta ixtisas təhsil müəssisələrində vətənpərvərlik mövzusunda tədbirlər keçirmişdir. Bununla əlaqədar 275 saylı tam orta məktəbdə “MÜHARİBƏSİZ DÜNYA, SAĞLAM HƏYAT “ adlı ədəbi-bədii kompozisiya keçirildi. 4-cü sinif şagirdləri “Müharibə olmasa”, ”Biz sülh istəyirik”, ”Azərbaycan” şeirini söylədilər. Həmçinin digər məktəblərdən 285 №li məktəbin şagirdləri skripkada, 114№li məktəb mahnı ifa etdilər. Sonda Bilik Fondunun nümayəndələri Xatirə Hüseynova və Ramilə Qurbanlının iştirakı ilə Suraxanı rayon bir neçə məktəb şagirdlərinin rəsm işləri təqdim olundu və diplomla mükafatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi