I yarımilin yekunlarına həsr olunmuş pedaqoji şura iclası keçirilib

Yanvarın 31-də məktəbdə I yarımilin yekunlarına həsr olunmuş pedaqoji şura iclası keçirilib.İclasda I yarimilin yekunları ,metodbirləşmə rəhbərlərinin hesabatı, qarşıda duran məsələlər, buraxılış siniflərində monitorinq imtahanlarının keyfiyyət göstəriciləri, cari məsələlər müzakirə edilib. Pedaqoji şura məktəbin direktoru Elnur Hüseynovun hesabatı ilə başlayıb. Pedaqoji şurada həmçinin məktəbin fəaliyyət planının icra vəziyyəti də müzakirə edilib. Müzakirə zamanı çıxış edən müəllimlər müxtəlif istiqamətlərdə təkliflər veriblər. Fənn müəllimlərini maraqlandıran suallar cavablandırılıb və fəaliyyət planın icrası ilə bağlı yeni məqsədlər müəyyən edilib. Sonda məktəbin direktoru pedaqoji heyətə ll yarımil ərzində çətin və şərəfli peşələrində uğurlar arzulayıb.