Valideynlərlə görüş keçirildi

Yanvarın 28-də məktəbin direktoru Elnur Hüseynovla valideynlərin görüşü keçirildi.2020-ci tədris ilinin 1-ci yarımilinin yekunlarına həsr olunmuş iclasda, 1-11-ci sinif şagirdlərinin valideynləri ilə yarımilin yekunları və tədris ilində qarşıya çıxan problemlər müzakirə olundu.Şagirdlərin dərsə davamiyyəti və məktəbdə keçirilən məktəbdaxili qiymətləndirmənin nəticələri haqqında valideynlər məlumatlandırıldı.
Məktəb direktoru şagirdin təhsildə uğurlu nəticə qazanması üçün məktəb-valideyn əlaqələrinin nə qədər böyük əhəmiyyətə malik olduğunu iclas iştirakçılarının nəzərinə çatdırdı. Sonda məktəb rəhbərliyi valideynləri maraqlandıran sualları cavablandırdı, valideynlərin təkliflərini dinlədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi