Şagirdlərimiz ekskursiyada iştirak etdilər

Yanvarın 15-də məktəbin ibtidai sinif müəllimi Mədinə Məmmədovanın rəhbərliyi ilə 4 "B" sinif şagirdləri Suraxanı rayon Heydər Əliyev Mərkəzini ziyarət etdilər. Ekskursiya iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin Abidəsini ziyarət etdilər. Sonra Mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin siyasi irsini əks etdirən ekspozisiyalarla ,“Muzey”, "Rəsm studiyası" və “Kitabxana və İnformasiya Texnologiyaları” bölmələri ilə ilə tanış oldular. Müəllim və şagirdlər ulu öndər Heydər Əliyevə həsr olunmuş "Millət atası ", "Xilaskar" və "Əyilməz iradə "sənədli filimlərinə tamaşa etdilər.