20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunan “Xüsusi dərs”lər keçirildi

20 Yanvar faciəsinin 30-cu ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı na əsasən müxtəlif tədbirlər həyata keçirildi. Yanvar ayının 17-də məktəbdə 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunan “Xüsusi dərs”lər də planın bir hissəsi idi.Məktəbin ibtidai sinif müəllimi Şəfiqə Abulovanın keçdiyi xüsusi dərsin məqsədi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən vətən oğullarının qəhrəmanlığından söhbət açmaq, tariximizin şanlı səhifələrini vərəqləmək idi.Qeyd edildi ki, 20 Yanvar faciəsi yalnız hüzn günü kimi deyil, xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsi kimi anılmalıdır. Şəhidlərimizin qəhrəmanlığı hər bir vətən övladına örnək olmalıdır.