20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Yanvarın 16-da məktəbin kitabxana müdiri Rəhilə Qaxıyeva və tarix müəllimi Aynurə Məmmədovanın rəhbərliyi ilə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.
20 Yanvar faciəsinin otuzuncu ildönümü ərəfəsində tarixi gün dərin hüznlə anıldı.Anım mərasimində iştirak edən müəllim və şagird kollektivi “Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı tədbiri izlədilər. Müstəqilliyə gedən yolda böyük bir çıraq olan yanvar şəhidləri bu tədbirdə yad olundu.Tədbir aparıcıların yanvar faciəsi haqqında verdiyi məlumatla açıq elan olundu. Ardınca şagirdlər o gecənin hüznünü ifadə edən musiqi sədaları altında vətənimizin qanlı-qadalı tarixinin əks olunduğu şeirlər səsləndirdilər. Bu şeirdə anılan şəhidlərimiz də hörmətlə yad edildi. Sonda çıxış üçün söz məktəb direktoru Elnur Hüseynova verildi.O da öz növbəsində Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış bu tarixin acı həqiqətlərindən bəhs edərək şagirdləri məlumatlandırdı.
30-cu ildönümünü qeyd etdiyimiz Yanvar hadisələrindən müasir Azərbaycanın hər bir yeniyetmə və gənci xəbərdardır. Onlar o qanlı gecənin şəhidlərinin bu günki müstəqilliyin əsas carçıları olduğunu bilir və öz növbələrində 20 Yanvar həqiqətləri haqqında hər kəsi məlumatlandırmağı özlərinə vəzifə bilirlər elə bu məqsədlə məktəbimizdə “Yanvar həqiqətləri” başlığı altında təşkil olunan divar qəzetlərinin tərtibində məktəb şagirdləri böyük həvəslə iştirak etdilər.
Ənənə halını almış tədbirlərdən biri də “Qanlı Yanvar şagirdlərin gözü ilə” adlı rəsm sərgisidir. Sərgidə məktəb şagirdlərinin “Qanlı gecəni” əks etdirən əl işləri sərgiləndi,20 yanvar faciəsinə həsr olunmuş klip nümayiş olundu.
Məktəb səviyyəsində təşkil olunan bu tədbirlər şagirdləri 20 Yanvar hadisələri haqqında daim məlumatlandırmaq bu silinməz qan yaddaşını nəsildən-nəsilə ötürməkdən ibarətdir. Çünki hər bir azərbaycanlı bu gün sahib olduğu müstəqiliyin, suveren və demokratik dövlətdə yaşamağın hansı qurbanlar və mücadilələr sayəsində başa gəldiyini unutmamalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi