“Tariximizin dönüş məqamı - 20 Yanvar” mövzusunda dəyirmi masa təşkil edilib

Yanvarın 16-da 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar “Tariximizin dönüş məqamı - 20 Yanvar” mövzusunda dəyirmi masa təşkil edilib. Məktəbimizin tarİx müəllimləri Tərlan Mahmudova və Günay Əhədovanın rəhbərliyi ilə baş tutan dəyirmi masada məktəb rəhbərliyi, müəllimlər, şagirdlər iştirak ediblər.
İlk olaraq 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Elnur Hüseynov tədbiri giriş sözü ilə açaraq bildirib ki, XX əsr boyunca Azərbaycan tarixində xalqımıza qarşı düşünülmüş şəkildə dəfələrlə soyqırımlar, terror aktları və deportasiyalar törədilmiş, dəfələrlə soydaşlarımız öz tarixi torpaqlarından qovulmuşlar. Bu gün anım gününə toplaşdığımız 20 yanvar 1990-cı ildə törədilmiş və tariximizə Qanlı Yanvar faciəsi kimi yazılmış bu terror aktından 30 il keçir.
Sonda 20 Yanvar faciəsinin dəhşətlərini özündə əks etdirən film nümayiş etdirilib.