Qanlı Yanvar faciəsinin otuzuncui ildönümü ərəfəsində məktəb kollektivi və şagirdlər Şəhidlər Xiyabanını ziyarət etdi

Yanvarın 15-də məktəb rəhbərliyinin iştirakı ilə Qanlı Yanvar faciəsinin otuzuncui ildönümü ərəfəsində Şəhidlər Xiyabanına ziyarət təşkil olunub.Məktəbin direktoru Elnur Hüseynov bildirib ki, şagirdlərdə vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik məzmununun onlara düzgün anladılması baxımından təhsil naziri Ceyhun Bayramovun əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuzuncu ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na əsasən məktəblilərin Şəhidlər xiyabanına təşkil olunan ziyarətləri böyük əhəmiyyət daşıyır.

Ziyarət zamanı məktəbin müəllimləri şagirdlərə 20 Yanvar faciəsi barədə dolğun məlumat verib, xalqımızın şərəf salnaməsi olan bu şanlı tarixi unutmamağa çağırıblar. 20 Yanvar hadisələrinin başvermə səbəblərindən və acı nəticələrindən danışan müəllimlər bu faciənin xalqımızın azadlıq mübarizəsi tarixində şanlı səhifə olduğunu diqqətə çatdırıblar. Qeyd edilib ki, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını qurban verən 20 Yanvar şəhidləri ölümləri ilə ölməzliyə qovuşaraq tariximizin şərəfli səhifəsini yazıblar. Onların qəhrəmanlığı gələcək nəsillərə əsl vətənpərvərlik nümunəsidir.
Məktəb şagirdlərinin ifasında səsləndirilmiş "Şəhidlər Xiyabanı" mahnısına da ziyarət zamanı klip çəkilmişdir.
Sonda müəllim və şagirdlər xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi