Direktoryanı müşavirə keçirildi

Yanvarın 12-də məktəbin direktoru Elnur Hüseynov 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin(BŞTİ) tədbirlər planından irəli gələn məsələləri diqqətə çatdırmaq məqsədilə direktoryanı müşavirə təşkil etdi.20 Yanvar faciəsinin ildönümünün qeyd edilməsi barədə
tədbirlər planı təsdiq olundu.Fəaliyyət Planına əsasən silsilə tədbirlərin keçirilməsi və istiqamətləri haqqında müzakirələr olundu.Milli Qəhrəmanlarımız, işğal altında olan torpaqlarımız, maddi mənəvi sərvətlərimiz haqqında şagirdləri məlumatlandırmaq məqsədi ilə ədəbi-bədii gecə,"dəyirmi masa", disput, diskussiya, toplantı və Şəhidlər Xiyabanının ziyarət edilməsi barədə direktor müavinlərinə, sinif rəhbərlərinə uşaq birliyi rəhbərinə tapşırıqlar verildi.