"Bullinq” mövzusunda maarifləndirici görüş keçirildi

Dekabrın 28-də məktəb psixoloqu Aysel Novruzovanın rəhbərliyi ilə "Mənimlə danış” kampaniyası çərçivəsində məktəbdə şagirdlər arasında "Bullinq” mövzusunda maarifləndirici görüş keçirildi. Təşkil olunan görüşün əsas məqsədi məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, şagirdlərin hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarət idi. Görüş zamanı sağlam mühitin yaradılması ilə bağlı müvafiq müzakirələr aparıldı, "Mənimlə danış” kampaniyasından bəhs edən videoçarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi