Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini fəxri fərmana layiq görülüb

Dekabrın 20-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) səmərəli fəailyyətinə görə təltif edilmiş bir qrup təhsil işçisinə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim olunub.Sonra öz səmərəli fəaliyyəti ilə fərqlənən təhsil işçilərinə BŞTİ Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərman və hədiyyələri təqdim olunub.Fəxri fərmana layiq görülənlər arasında məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ayişə Məmmədova da var.Müavinlik fəaliyyətinin 25 illiyi və 65 illik yubileyi münasibətilə məktəb rəhbərliyi və kollektivi də müəllimi təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.