Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirildi

Dekabrın 18-də məktəbdə "Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirildi.Layihənin keçirildiyi müddətdə valideynlər ilk növbədə məktəbin AKT zalında tədbirin rəsmi açılışını dinlədilər.Açılışda məktəbin direktoru Elnur Hüseynov, təlim-tərbiyə işləri üzrə direktor müavini Əbülfət Əkbərov, tərbiyə işləri üzrə direktor müavini Yaqut Ağayeva çıxış edərək valideynlərə şagirdlər haqqında ətraflı məlumatlar verməklə yanaşı, eyni zamanda şagirdlərlə bağlı məktəb rəhbərliyinin irad və tövsiyyələrini də valideynlərə bildirdilər. Açılışdan sonra valideynlər məktəb ərazisi ilə əyani tanış oldular.Onlar məktəbin yeməkxanası, kitabxanası, sinif otaqları ilə tanış oldular.Valideynlər övladlarının oxuduğu siniflərə daxil olaraq dərsləri dinlədilər və tədrisin gedişatını əyani olaraq müşahidə etdilər.Layihə çərçivəsində məktəb psixoloqu Aysel Novruzovanın "Asudə vaxtın səmərəli təşkili", təlim-tərbiyə prosesində valideyni n rolu" mövzularında valideynlərlə seminarı baş tutdu.Layihənin sonu bədii hissə ilə yekunlaşdırıldı.Nəsiminin 650 illiyinə həsr olunmuş bədii hissədə şagirdlər Nəsimi yaradıcılığını tərənnüm etdilər.
Layihənin keçirilməsində məqsəd valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılmasıdır.