Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

12 dekabr-ümummilli liderimiz Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədər məktəbin ibtidai sinif müəllimi Şəfiqə Abulovanın rəhbərliyi ilə 4 "D" sinfində “Xalqın dühası” adlı tədbir keçirilib. Tədbirdə Ulu öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Tədbirdə məktəb rəhbərliyi, valideynlər, müəllimlər, şagirdlər iştirak ediblər. Tədbir zamanı Ulu öndərin keçdiyi mənalı ömür yoluna həsr olunmuş video çarxlar nümayiş olunub. Şagirdlər ümummilli liderə həsr olunmuş şeirlər səsləndirmiş, səhnəciklər nümayiş etdirmişlər.Məktəbdə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş bir sıra tədbirlər keçirilmişdir.Müəllim, şagird kollektivi Ulu öndərin qəbrini ziyarət etmişlər. Məktəb üzrə bütün siniflərdə divar qəzetləri “12 dekabr-Heydər Əliyevin anım günü”nə həsr olunmuşdur. Eyni zamanda tədbirlər silsiləsi çərçivəsində təşkilat saatları keçirilmiş, inşa yazı müsabiqəsi baş tutmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi