Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə inşa müsabiqəsi keçirildi

Dekabrın 4-də 5-ci siniflər arasında Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə "Xalqa bağışlanan ömür" adlı inşa müsabiqəsi keçirilib.Müsabiqəsində şagirdlər fəallıq göstərərək, vətənpərvərlik duyğularını paylaşıb, istedad və bacarığını nümayiş etdirib.Uşaqlar ulu öndər, görkəmli siyasi xadim Heydər Əliyevin həyat yolu, milli dövlətçiliyimiz, vətənimizin siyasi gələcəyi kimi mövzularda düşüncələrini qələmə alaraq vətəndaş sevgisini bölüşmək üçün əldə etdiyi imkanlardan yararlanıb.