İnsan hüquqları aylığı

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə "İnsan hüquqları aylığı" kimi qeyd olunur və hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda "İnsan hüquqları aylığı" elan edilir.Bununla əlaqədar , aylıq çərçivəsində 26.05.2017-ci il tarixdə 274 №-li tam orta məktəbin akt zalında məktəb rəhbərliyi tərəfindən Qaradağ Polis İdarəsinin Prafilaktik işin təşkili bölməsinin rəisi Polis Polkovnik Leytenant Pərviz Mustafayev, X bölmənin rəis müavini Polis Mayoru Kənan Abışov, YYÇP işinin təşkili üzrə Polis Mayorları Aidə Şirinova və Ceyran Qəmərova ilə məktəb kollektivi və şagird kontingentinin görüşü keçirildi. Görüşdə həmçinin respublikamızda insan hüquqlarının qorunmasında konstitusiyanın rolundan, dövlətimizin apardığı uğurlu siyasətindən, Azərbaycanın insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmasından, BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsindən bəhs edilərək, Azərbyacanda multikultural dəyərlərə də böyük hörmətlə yanaşıldığı qeyd edildi. Bütün bunlarla bağlı şagirdlər də öz fikirlərini bildirdilər və şagirdlərin sualları dolğun şəkildə cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi