Dəyirmi masa keçirilib

20 Yanvar - Ümumxalq Hüzn Günüdür.

20 Yanvar faciəsi həm də xalqımızın qəhrəmanlıq və iftixar tarixidir. Bu gün müstəqilliyimizin və müasir milli kimliyimizin inşasında rolu əvəzsizdir.

Müstəqillik əvəzsiz bir dəyər, həm də böyük məsuliyyətdir.

Bizi müstəqilliyə aparan 20 Yanvar faciəsinin rolu və əhəmiyyəti mövzusunda məktəbimizin kitabxanasında "Dəyirmi masa” təşkil edilib.

Dəyirmi masada məktəb rəhbərliyi, müəllim , kitabxanaçı və 10-cu sinif şagirdləri iştirak edib.

20 Yanvar faciəsində həlak olan qəhrəman oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, faciə haqqında təqdimatlar dinlənilib, müzakirələr aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi