Novruz gəlir, yaz gəlir!

Azərbaycan xalqının ən qədim və əziz bayramı Novruz yurdumuza qədəm qoyur.

Novruz bayramı ulularımızdan bizə yadigar qalan, xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır.

Bu münasibətlə məktəbimizdə "Novruz gəlir, yaz gəlir!" adlı möhtəşəm tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak etdi.

Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəlin maraqlı çıxışları şənliyə xüsusi rəng qatdı.

İstetadlı şagirdlərimizin hazırladıqları məzəli səhnəciklər, şirin yumorlar, ifa etdikləri musiqilər və rəqslər tədbir iştirakçılarına əsl bayram əhval- ruhiyyəsi bəxş etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi